Rus və erməni pilotlar 50 metr hündürlükdən uçdu

Rus və erməni pilotlar 50 metr hündürlükdən uçdu

Rusiya aviabazasının pilotları, Cənub Hərbi Dairəsinin hərbi bazasının Hava Hücumundan Müdafiə zenit bölmələrinin ekipajları və Ermənistan Müdafiə Nazirliyinin hərbi heyəti hava məkanının mühafizəsi üzrə təlim tapşırıqlarını yerinə yetirib.

AzerTimes xəbər verir ki, bu barədə Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.

“Təlimlər zamanı hava məkanını pozanları imitasiya edən şərti hava hədəflərinin aşkarlanması və tutulması üzrə tədbirlər işlənib hazırlanıb. Hava Hücumundan Müdafiə bölmələrinin hərbi qulluqçuları döyüş növbətçiliyi zamanı hava məkanının mühafizəsi üzrə hərəkətləri yerinə yetiriblər. Növbətçi qrupların təlim uçuşları 50 metrdən 6 min metrə qədər hündürlükdə identifikasiya sistemləri söndürülməklə müxtəlif sürətlərdə həyata keçirilib. Təlim zamanı Cənub Hərbi Dairəsinin birləşməsinin yerləşdirildiyi ərazidəki hava xətlərinin və hissələrin əhatə olunmasına xüsusi diqqət yetirilib”, – məlumatda deyilir.

Teqlər: