Rus tanklarında ABŞ çipləri: araşdırma başladı

Rus tanklarında ABŞ çipləri: araşdırma başladı

Ukraynadakı müharibədə istifadə edilən Rusiya hərbi texnikalarında ABŞ istehsalı olan çiplər aşkarlanıb və Ağ Ev bununla bağlı texnologiya şirkətlərində araşdırmalara başlayıb.

AzerTimes xəbər verir ki, bu barədə “Vaşinqton Post” nəşri yazıb.

Nəşrin məlumatına görə, ABŞ Ticarət Nazirliyi FTB ilə birgə bununla bağlı araşdırma aparır.

Qəzet yazır ki, ABŞ istehsalı olan çiplər Rusiyanın radiolokasiya sistemləri, pilotsuz uçuş aparatları, tankları, yerüstü idarəetmə avadanlıqları və sahilyanı gəmilərdə istifadə olunub. Bu çiplərin ABŞ-ın 2014-cü ildə Rusiyaya qarşı sanksiyaları sərtləşdirməsindən xeyli əvvəl istehsal olunduğu və buna görə də satışın normal qarşılana biləcəyi bildirilib.

Teqlər: