113-cü gün: Rusiyanın itkiləri açıqlandı

113-cü gün: Rusiyanın itkiləri açıqlandı

Ukrayna müharibənin 113-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Məlumatda bildirilib ki, bugünədək düşmən 32950 hərbçi, 1449 tank, 3545 zirehli döyüş maşını, 729 artilleriya sistemi, 233 MLRS, 97 hava hücumundan müdafiə sistemi, 213 təyyarə, 179 helikopter, 2494 ədəd avtomobil texnikası, 13 ədəd gəmi/kater, 76 ədəd yanacaq sisterni, 591 ədəd PUA, 55 ədəd xüsusi texnika, 129 qanadlı raket itirib.

Teqlər: