Rus qoşunlarını çıxarsaq da, savaş bitməyəcək – Skibitski

Rus qoşunlarını çıxarsaq da, savaş bitməyəcək – Skibitski

Ukrayna yalnız döyüş meydanında müharibənin qalibi ola bilməz. Hətta Ukrayna rus qoşunlarını 1991-ci il sərhədinə çıxarsa belə, bu müharibə bitməyəcək.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Vadim Skibitski deyib.

Onun sözlərinə görə, belə müharibələr yalnız razılaşmalarla bitə bilər:

“İndi hər iki tərəf potensial danışıqlar öncəsi daha sərfəli mövqe tutmağa çalışır. Lakin məzmunlu danışıqlar 2025-ci ilin ikinci yarısından başlaya bilər”.

Teqlər: