Rusiyanın Moldovadakı səfiri Oleq Vasnetsov bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.
AzerTimes xəbər verir ki, bu barədə Moldova XİN məlumat yayıb.
Məlumata görə, Rusiya səfiri rus PUA-larının Moldova ərazisinə düşməsi səbəbindən XİN-ə çağırılıb.
Səfirin XİN-ə çağırılması ilə bağlı əlavə məlumat verilməyib.