Bakıda keçirilən COP29 çərçivəsində “FINS Initiative” (Dəniz Növlərinin Beynəlxalq Müdafiəsi) adı altında keçirilən sərgi və müzakirələr davam edir.
AzerTimes xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva layihə çərçivəsində COP29 məkanında və Dənizkənarı Milli Parkda təşkil edilən sərgi ilə tanış olublar.
Qeyd edək ki, COP29 zamanı “FINS Initiative” adı altında xüsusi panel müzakirələr və sərgi proqramı təşkil olunub. Sərgi çərçivəsində sualtı dünyaya və dünya sularında yaşayan canlıların əhəmiyyətinə həsr olunan, onların qorunmasının vacibliyini ön plana çıxaran fotolar nümayiş etdirilir.
On bir gün ərzində COP29-un Yaşıl Zonasında qurulmuş pavilyonda xarici ekspertlərlə panel müzakirələri keçiriləcək, təqdimatlar və mövzuya aid çəkilmiş sənədli filmlərin nümayişi olacaq.