Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu ilə vida mərasimi keçirilib

İyunun 13-də Rus Pravoslav Kilsəsində tanınmış din xadimi, Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu, Rus Pravoslav Kilsəsinin Şuralararası İdarəsinin üzvü Aleksandr İşeinlə vida mərasimi keçirilib.

AzerTimes-ın məlumatına görə, Aleksandr İşein Birinci Fəxri xiyabanda dəfn ediləcək.

Xatırladaq ki, Aleksandr İşein iyunun 10-da ömrünün 69-cu ilində vəfat edib.


Din xadimi kimi səmərəli fəaliyyəti yüksək qiymətləndirilən Arxiyepiskop 2002-ci ildə “Şöhrət” ordeni, 2012-ci ildə “Dostluq” ordeni, 2015-ci ildə isə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

Teqlər: