Rus pop müğənnisi Soçidə itkin düşdü

Rus pop müğənnisi Soçidə itkin düşdü

Rusiyalı estrada müğənnisi, “Delta” pop-rok qrupunun solisti Konstantin Leqostayev Soçidə dənizdə yoxa çıxıb.

AzerTimes xəbər verir ki, bu barədə rus mediası məlumat yayıb.

Məlumata görə, sənətçi iş üçün kurort şəhərinə gəlib və bundan sonra istirahət etmək istəyib. Dənizdə isə yoxa çıxıb.

Bildirilir ki, müğənninin həmkarları yardım üçün müraciət ediblər. Axtarış beş saatdan artıqdır ki, davam edir.

Teqlər: