Rus pilotlar Cənubi Amerikaya qaçırlar – Kəşfiyyat

Rus pilotlar Cənubi Amerikaya qaçırlar – Kəşfiyyat

Rusiya ordusunun geri çəkilməsi fonunda işğalçı ölkənin hərbi dairələrində məğlubiyyətin qaçılmaz olması və Ukraynaya qarşı təcavüzün bütün iştirakçılarının mühakimə olunmasından danışılır.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

“Rusiya Aerokosmik Qüvvələrinin bir neçə aviasiya qarnizonunda Ukrayna ərazisinə raket zərbələri endirən pilotların ailələri ölkədən qaçıb beynəlxalq ədalətdən gizlənməyi müzakirə edirlər. İkinci Dünya müharibəsindən sonra nasistlər kimi rus cinayətkarları da Cənubi Amerika ölkələrinə mühacirət etməyi planlaşdırırlar”, – məlumatda qeyd olunub.

Teqlər: