Rus ordusunun maşını İrəvanda qaydaları belə pozdu – Video

Rus ordusunun maşını İrəvanda qaydaları belə pozdu – Video

Rusiya ordusuna məxsus, üzərində Rusiya Federasiyasının yol-nəqliyyat nişanı olan avtomobil İrəvan küçələrində yol hərəkəti qaydalarına məhəl qoymayıb.

AzerTimes xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrin erməni seqmentində paylaşılıb.

Videoya şərh yazan erməni istifadəçilər hiddətlənərək həmin avtomobili idarə edən şəxsin tapılaraq cəzalandırılmasını tələb ediblər.

Bəzi ermənilər isə sürücünü hədələyərək, onu linç edəcəklərini bəyan ediblər.

Teqlər: