Rus ordusunu bu yolla panikaya salmaq istəyirik

Rus ordusunu bu yolla panikaya salmaq istəyirik

Biz tərəfdən atışmaların intensivliyi artıb. Rusiya ordusunun cənubda Xarkov, Melitopol istiqamətlərində maddi-texniki təminatı artıb. Biz bütün təchizatları, yəni mərmiləri, yanacaqları, dərmanları, döyüş sursatlarını mümkün qədər səmərəli şəkildə məhv etmək istəyirik.

AzerTimes xəbər verir ki, bunu Ukrayna Prezdent Ofisi rəhbərinin müşaviri Mixail Podolyak ordunun itkiləri minimuma endirmək üçün uğurlu əks-hücum strategiyasından danışarkən deyib.

“Operativ-taktiki komandanlıqla birbaşa hərbi hissələr arasında əlaqəni kəsmək, anbarlara zərbələr endirmək və bununla rusların zərbəsinin intensivliyini azaldıb, onları panikaya salmaq istəyirik. Bu strategiya indi işə salınır”, – Podolyak vurğulayıb.

Teqlər: