Rus ordusunda parçalanma: növbəti hədəf bu generaldır

Rus ordusunda parçalanma: növbəti hədəf bu generaldır

Rusiyanın Ukraynaya qarşı müharibəsi pozuldu.

AzerTimes xəbər verir ki, bunu rusiyalı müxalifətçi və jurnalist İqor Yakovenko deyib.

O hesab edir ki, Putin rejimi ilə generallar arasında çat getdikcə dərinləşir.

“Rusiya Federasiyasının yaşaması üçün kifayət qədər böyük resurslar mövcuddur. Ukrayna ordusunun növbəti hansı qələbəsindən sonra Rusiya rejiminin çökməyə başlayacağını bilmirik. Amma çatlar artıq başlayıb və bu, göz qabağındadır. Putinlə Rusiya hərbçiləri arasında çat getdikcə dərinləşir. Bu nəzərə çarpır, çünki generallar əvvəldən bu müharibəyə qarşı idilər”, – deyə Yakovenko izah edib.

Müxalifətçi qeyd edib ki, Putin Rusiya Baş Qərargahını və ordusunu döyüşməyə məcbur edib, indi isə cəbhədəki məğlubiyyətlərə görə məsuliyyəti onların üzərinə qoymağa çalışır.

“Priqojin və Kadırovun general Lapinin “başını” nimçədə Putinə gətirərək vurduqları zərbə artıq açıq-aşkar gözdən qaçan və növbəti qurban olacaq Baş Qərargah rəisi Gerasimova yönəldilib. Generalların qırğına qoyun olmaq arzusu yoxdur. Müəyyən məqamda Putindən tam narazılıq yarananda onlar öz sözünü deyəcəklər”, – deyə Yakovenko yekunlaşdırıb.

Teqlər: