Rus ordusu mülki tikililərdən morq kimi istifadə edir

Rus ordusu mülki tikililərdən morq kimi istifadə edir

Xarkovun Kupyansk rayonunda rus hərbçiləri mülki tikililərdən morq kimi istifadə edirlər.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında bildirilib.

“Kupyansk istiqamətində düşmən ölü sayının çox olmasından dolayı Xarkov vilayətinin yaşayış məntəqələrinin mülki tikililərindən morq kimi istifadə edir”, – məlumatda vurğulanıb.

Qeyd edək ki, iyunun 5-də Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib ki, son sutka ərzində 410 rus işğalçısı məhv edilib.

Teqlər: