Rus ordusu Kramatorska zərbələr endirdi

Rus ordusu Kramatorska zərbələr endirdi

Dekabrın 7-də axşam saatlarında rus ordusu Kramatorsk yaxınlığındakı Malotaranovkada yerləşən məktəbə raket zərbələri endirib.

AzerTimes xəbər verir ki, bunu Donetsk Regional Hərbi Dairəsinin rəhbəri Pavel Kirilenko bildirib.

“Bina əhəmiyyətli dərəcədə zədələnib. Zərbənin dəqiq nəticələri hələ də müəyyənləşdirilir”, – məlumatda bildirilib.

Eyni zamanda, Kramatorsk şəhər şurası şəhərə 4 raketin düşdüyünü bildirib:

“39 fərdi yaşayış evi, təhsil müəssisəsi və sənaye zonasına ziyan dəyib. Xoşbəxtlikdən tələfat olmayıb.

Teqlər: