Rus ordusu irəliləyir: Bu kənd ələ keçirildi

Rus ordusu irəliləyir: Bu kənd ələ keçirildi

Yanvarın 20-də rus qoşunları Kupyansk-Svatovo-Kremennoy istiqamətində irəliləyərək Kroxmalnoye kəndini ələ keçiriblər.

AzerTimes xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.

“Yanvarın 20-də dərc olunmuş geolokasiya görüntüləri göstərir ki, rus qoşunları Svatovonun 20 km şimal-qərbində yerləşən Kroxmalnoye kəndini ələ keçiriblər. Rus blogerlər də ukraynalı döyüşçülərin bu kənddəki mövqelərində geri çəkildiklərini yazmışdı.

Bundan başqa, rus qoşunları Kupyanskın 20 km cənub-şərqindəki İvanovka istiqamətində az qədər irəliləyiblər. Eləcə də ruslar Baxmutin cənub-qərbində də irəliləyiblər”, – məlumatda qeyd olunub.

Teqlər: