Rus ordusu iki fransız generalın övladlarını öldürdü

Rus ordusu iki fransız generalın övladlarını öldürdü

Rus ordusunun Xarkovda xarici muzdluların müvəqqəti yerləşdirilmə məntəqəsinə zərbə endirməsi zamanı həlak olanlar arasında fransız briqada generalının oğlu da olub. Onunla birgə fransız hərbi ailəsindən daha bir yoldaşı həlak olub.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Bildirilir ki, fransızın adı Sabastyan Klod Remi Benarddır. O, bundan öncə Mərakeşdə xidmət edib.

Benardın yoldaşı isə 2001-ci ildə Fransa ordusunda briqada generalı olmuş Frederik Drionun oğlu Aleksis Driondur. Drion ötən il Ukrayna Silahlı Qüvvələrinin sıralarına daxil olub, beynəlxalq legionun 2-ci alayında xidmət edib.

Qeyd edək ki, yanvarın 17-də Rusiya Müdafiə Nazirliyi ölkənin Silahlı Qüvvələrinin Xarkovda fransız muzdlularının olduğu binaya yüksək dəqiqliklə zərbə endirdiyini bildirib.

Teqlər: