Rusiya ordusu genişmiqyaslı hücuma işğalın ildönümündə son təkan verməyə cəhd edə bilər.
AzerTimes xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov deyib.
Danilov bildirib ki, Ukrayna hər gün işğalçı ordunun mümkün yeni hücumuna hazırlaşır:
“Yubiley ola bilər. Onlar üçün bu tarixlər nədənsə müqəddəsdir. Mart ayında da ola bilər. Biz hər gün bu cür tədbirlərə hazırlaşmalıyıq və hazırlaşırıq”.