Kadırovdan etiraf: Üçüncü Dünya müharibəsi gedir

Kadırovdan etiraf: Üçüncü Dünya müharibəsi gedir

Əgər Rusiyaya qarşı olanları dünya birliyi adlandırsaq, onda Ukraynadakı konflikti Üçüncü Dünya müharibəsi saymaq olar.

AzerTimes xəbər verir ki, bu açıqlama ilə Çeçenistan rəhbəri Ramzan Kadırov çıxış edib.

“Bu gün Ukraynadakı münaqişədə iştirak edən Avropa dövlətlərini götürsək – bunlar NATO və digər əlaqəli dövlətlərdir – və bu dövlətləri dünya birliyi adlandırsaq, onda demək olar ki, bu, Üçüncü Dünya müharibəsidir”, – deyə Kadırov bildirib.

Bununla bərabər, o qeyd edib ki, hərbi əməliyyatlarda Çin, Hindistan, Pakistan kimi iri dövlətlər iştirak etmir.

Teqlər: