Rus ordusu bu ərazilərdə uğur qazana bilmədi

Rus ordusu bu ərazilərdə uğur qazana bilmədi

Rusiya Slavyansk, Baxmut və Severskə hücum hazırlığını davam etdirir. Ukrayna Silahlı Qüvvələri rusları dəf edir və müəyyən uğurları ilə öyünə bilər.

AzerTimes xəbər verir ki, bu barədə Amerika Müharibənin Tədqiqi İnstitutu məlumat yayıb.

“Rusiyanın Lisiçanskı ələ keçirdikdən sonra məqsədi Donetsk vilayətinin üç şəhəri idi: Baxmut, Seversk və Slavyanskdır. İndi onlar Lisiçanskdan Severskə doğru uğurlu irəliləyiş təmin etməyə çalışırlar. Baxmutu ələ keçirməyə çalışan işğalçılar iki istiqamətdən hücuma keçirlər. Düşmən Novoluqanskoye kəndinə soxulur, Ukrayna ordusunun Zaitsevoye və Kodema kəndləri yaxınlığındakı mövqelərini atəşə tutur. Rusiya kəndlərdən Baxmutdan Qorlovkaya gedən magistral yolları ələ keçirmək istəyir. Əgər müvəffəq olsalar, Baxmuta hücum iki tərəfdən birdən həyata keçiriləcək. Rus ordusunun Ukraynanın yeni şəhərlərini ələ keçirmək üçün bütün cəhdlərinə baxmayaraq, Ukrayna hərbçiləri döyüşür və düşmənin qarşısını alır.

Uğurlu əks-hücum əməliyyatı nəticəsində Ukrayna Silahlı Qüvvələri Donetskdən 30 kilometr aralıda yerləşən Solodka kəndini geri alıb. Ukrayna hərbçiləri Rusiyanın Donetsk vilayətinin Krasnopolye və Dolina kəndlərinə hücum cəhdlərini uğurla dəf ediblər. Bu qəsəbələr magistral yolun kənarında yerləşir. Ruslar onları ələ keçirə bilsəydilər, o zaman İzyum, Slavyansk və Baxmut arasındakı yol da düşmənin nəzarətində olardı.

Özünü dünyanın ikinci ordusu adlandıran Rusiya qoşunları Xarkov vilayətində növbəti uğursuzluğa düçar olub. Ukrayna Silahlı Qüvvələri düşmənə Sosnovka kəndinə basqın etməyə imkan verməyib, Prudyanka, Pitomnik və Dementyevkaya hücumu dəf edib”, – məlumatda deyilir.

Teqlər: