Rus ordusu Berdıçi kəndinə çatdı – Qagin

Rus ordusu Berdıçi kəndinə çatdı – Qagin

Rusiya hərbçiləri Avdeyevkanın şimal-qərbindəki Berdıçi kəndinə yaxınlaşıblar. Bura nəzarət Ukrayna Silahlı Qüvvələrinin Avdeyevka qrupunun təchizat marşrutlarına çıxışa imkan verəcək.

AzerTimes xəbər verir ki, bunu “dxr”in “rəhbərinin müşaviri” Yan Qagin deyib.

“Avdeyevka qrupunun özü artıq şəhərdən kənarda olan yollar boyunca təmin edilir, müxtəlif əhəmiyyətə malik bir neçə yol var. Hücum hərəkətlərimiz indi digər amillərlə yanaşı, Ukrayna qarnizonunun maddi-texniki təchizatına nəzarətə yönəlib. Berdiçi kəndinə təzəcə çatdıq, bu o demək deyil ki, onu götürmüşük. Bu, təchizat marşrutları da daxil olmaqla, cinah yaşayış məntəqələrinə nəzarət etmək deməkdir”, – o bildirib.

Qagin qeyd edib ki, Avdeyevkanın azad edilməsi üçün genişmiqyaslı əməliyyat başlayıb. Rus ordusu Soledar və Baxmutda olduğu kimi, şəhəri mühasirəyə almağı planlaşdırır.

Teqlər: