Rus ordusu Baxmutda taktikanı dəyişdi

Rus ordusu Baxmutda taktikanı dəyişdi

Baxmutda rus işğalçıları taktikalarını dəyişirlər. Onlar döyüşə texnika deyil, ancaq piyadaları cəlb edirlər.

AzerTimes xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov deyib.

“Baxmutda fərqli taktikaya keçidi hamı görür. Vuhledar bunun bariz nümunəsi idi. Baxmutda, ümumiyyətlə, sadəcə piyadalardır. Onların artilleriyası ancaq dəstək verir, bir neçə zirehli texnika var”, – Budanov bildirib.

Onun sözlərinə görə, Uqledarda rus ordusu zirehli texnikanın köməyi ilə irəliləməyə çalışıb, lakin onlar ilk saatlardaca məhv edilib, bundan sonra döyüş atıcı silahlara keçib.

Eyni zamanda, baş kəşfiyyatçı Ukrayna və tərəfdaşlarının mərmi çatışmazlığı ilə üzləşdiyini təsdiqləyib.

Teqlər: