Rus ordusu Alagözdə təlimlərə başlayır

Rus ordusu Alagözdə təlimlərə başlayır

Cənub Hərbi Dairəsinin (CQD) Ermənistandakı hərbi bazasının mühəndis qoşunlarının mütəxəssisləri Alagöz yüksək dağ poliqonunda planlaşdırılmış təlimdə iştirak edəcək.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya ordusunun Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.

“Təlim zamanı hərbçilər çətin yerlərdə yolların yaradılması üzrə məşq edəcək, xüsusi texnikadan istifadə etməklə minalanmış ərazilərdə qoşunların irəliləməsi üçün keçidlər yaradacaqlar”, – məlumatda bildirilib.

Həmçinin qeyd olunur ki, mina sahələrinin axtarışı zamanı minaaxtaran itlərdən ibarət kinoloji qruplar cəlb olunacaq. Təlim zamanı Cənub Hərbi Dairəsinin mütəxəssisləri gecə də daxil olmaqla, ərazinin minalardan təmizlənməsi üzrə bilik və praktiki bacarıqlarını artıracaqlar.

Teqlər: