Rus ordusu Alagözdə təlimə başlayır

Rus ordusu Alagözdə təlimə başlayır

Rusiyanın Ermənistandakı Cənub Hərb Dairəsinin bazasının artilleriya bölmələrinin hərbçiləri “Alagöz” yüksək dağlıq poliqonunda təlimlərə başlayır.

AzerTimes xəbər verir ki, bu barədə Cənub Hərb Dairəsindən məlumat verilib.

“Alagöz” yüksək dağ poliqonunda artilleriyaçılar PUA-ların dəstəyi ilə şərti düşmən hədəflərinin kəşfiyyatını həyata keçirəcək, 152 mm-lik “Akasiya” özüyeriyən haubitsaları, “2S12 Sani” minaatan sistemləri və “Qrad” çoxsaylı buraxılış raket sistemləri ilə təchiz edilmiş artilleriya bölmələrinin atışı və atəşə nəzarəti üçün məlumatlar hazırlayacaqlar”, – məlumatda qeyd olunub.

Teqlər: