Rus milyarder Rusiya vətəndaşlığından imtina etdi

Rus milyarder Rusiya vətəndaşlığından imtina etdi

Rusiyalı milyarder, “Areti” enerji şirkətinin rəhbəri İqor Makarov Rusiya vətəndaşlığından imtina edib.

AzerTimes xəbər verir ki, bu barədə “Forbes” məlumat yayıb.

Məlumata görə, milyarder hazırda Kipr vətəndaşlığı daşıyır.

“Forbes”in məlumatına görə, Makarovun 2.2 milyard dollar varidatı var.

Qeyd edək ki, İqor Makarov ötən il Böyük Britaniya, Kanada, Avstraliya və Yeni Zelandiyanın sanksiya siyahısına salınmışdı.

Teqlər: