Xersonda sakinlər üçün təhlükəli vəziyyət yaranıb, çətin qərarlar istisna edilmir.
AzerTimes xəbər verir ki, bu sözləri Rusiyanın Ukraynadakı qoşunlarının komandanı, ordu generalı Sergey Surovikin jurnalistlərə açıqlamasında deyib.
General bildirib ki, ərzaqların çatdırılması çətinləşir, su və işıqla bağlı problemlər var:
“HİMARS raketlərinin zərbələri Antonovski körpüsünə və Kaxovskaya SES-in bəndinə ziyan vurub, hərəkət dayandırılıb. Nəticədə şəhərə ərzaq məhsullarının çatdırılması çətinləşir, su və elektrik enerjisi ilə bağlı müəyyən problemlər yaranıb. Bütün bunlar nəinki vətəndaşların həyatını əhəmiyyətli dərəcədə çətinləşdirir, həm də həyat üçün birbaşa təhlükə yaradır”, – deyə Surovikin bildirib.
Onun sözlərinə görə, bu istiqamətdə çox çətin vəziyyət yaranıb.