Paris küçələrində qarşıdurma – Video

Paris küçələrində qarşıdurma – Video

Fransanın paytaxtı Parisdə həmkarlar ittifaqının mitinqində nümayişçilərlə polis arasında toqquşmalar başlayıb.

AzerTimes xəbər verir ki, səhər saatlarında etirazçılar iş şəraitinin yaxşılaşdırılması və maaşların artırılması tələbi ilə paytaxt küçələrinə çıxıblar.

Nümayişdə minlərlə insan, o cümlədən nəqliyyat, enerji, qida emalı, ticarət, təhsil və səhiyyə işçiləri iştirak edib.

Nümayişçilər arasında “sarı jiletlilər” hərəkatının tərəfdarları, müxtəlif gənclər təşkilatları, solçular, kommunistlər və radikal gənclər də olub.

Qarşıdurmalar “qara blok”dan olan radikal gənclərin təxribatından sonra başlayıb. Onlar bankların şüşələrini sındırıb, avtobus dayanacaqlarını dağıdıb, zibil qutularını yandırır, hüquq-mühafizə orqanlarının əməkdaşlarına şüşə butulkalar və tüstü bombaları atıblar.

Buna cavab olaraq polis nümayişçilərə gözyaşardıcı qaz tətbiq edərək onları geri çəkilməyə məcbur edib.

Teqlər: