Rus kanalları müharibənin ildönümünü niyə xatırlatmadı?

Rus kanalları müharibənin ildönümünü niyə xatırlatmadı?

Rusiya televiziya kanalları Ukrayna müharibəsinin ikinci ildönümü ilə bağlı demək olar ki, hər hansı xatırlatma etməyib. “Rusiya 1” və “Birinici Kanal”larının yekun buraxlışlarında hər hansı süjet yayımlanmayıb.

AzerTimes xəbər verir ki, kanalların yekun xəbər relizində müdafiə naziri Sergey Şoyqunun Avdeyevkanın ələ keçirilməsində iştirak edənləri mükafatlandırması üçün cəbhəyə səfəri, ABŞ-ın yeni sanksiyaları, Kazanda keçirilən “Gələcəyin Oyunları”, Ali Məhkəmə sədri Vyaçeslav Lebedevin ölümü və Parisdə fermerlərlə polis arasında qarşıdurma yer alıb .

NTV-də də “Bu gün” proqramının gündüz buraxılışlarında Ukraynanın işğalının başlanmasının ildönümünə də toxunulmayıb.

Teqlər: