Rus desantarı həmkarlarının səhlənkarlığından çox üzüldülər. Onlar etiraf ediblər ki, Enerqodarda gecə baş verən partlayış nəticəsində bir gün əvvəl Kreml təbliğatçılarının yazdığı kimi, humanitar yardım daşıyan maşınlar yox, hərbi texnika parkı partlayıb.
AzerTimes xəbər verir ki, bu barədə skrinşotları sosial şəbəkələrdə yayımlanan hərbçilərin gizli söhbətlərindəki qeydlərə əsasən UNİAN məlumat yayıb.
Məlumatda bildirilir ki, partlayış iyulun 30-a keçən gecə “OP ZAES” otelinin yaxınlığında baş verib. Vətəndaşlar sursatların partlayış səslərini eşidiblər.