Rus hərbçilərin Ermənistanda qalma müddəti… – Qaluzin

Rus hərbçilərin Ermənistanda qalma müddəti… – Qaluzin

Rusiyanın Ermənistanda hərbi bazasının olması ilə bağlı hər hansı müzakirələr yersiz və zərərlidir.

AzerTimes xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

“Rusiya hərbi qulluqçularının Ermənistanda qalma müddəti 1995-ci il martın 16-da bağlanmış müqaviləyə əsasən 49 ildir, bundan sonra avtomatik olaraq daha 5 il uzadılır”, – Qaluzin bildirib.

Onun sözlərinə görə, bu müqavilə hər iki dövlətin milli maraqlarına əsaslanır:

“Rusiya əsgər və zabitləri təkcə Ermənistanda deyil, həm də bütün Cənubi Qafqazda sülh və təhlükəsizliyi effektiv şəkildə təmin etməkdə davam edirlər”.

Teqlər: