Rus hakerlər Trassa telefon işlətməyə imkan vermir

Rus hakerlər Trassa telefon işlətməyə imkan vermir

Böyük Britaniyanın keçmiş baş naziri Liz Trass dördüncü dəfə mobil telefon nömrəsini dəyişməyə qərar verib.

AzerTimes xəbər verir ki, bu barədə “Deyli Meyl” məlumat yayıb.

“Trass birinci dəfə nömrəsini rus hakerlərin hücumuna məruz qalması səbəbindən bu ilin iyul ayında dəyişdirmişdi. Həmin nömrəni Trass 10 ildən çox işlətmişdi. Digər 3 nömrəni isə Trass cəmi bir neçə ay ərzində dəyişib”, – nəşr bildirib.

Nəşrin məlumatına görə, Trassın telefonu XİN başçısı işlədiyi zaman rus hakerlər tərəfindən sındırılıb.

Teqlər: