Rus generalın meyiti tapıldı

Rus generalın meyiti tapıldı

Türkiyədə Ardahan şəhərinin əhalisi rus komandanının tabutunu görməyə tələsir.

Tabut inşaat zamanı aparılan qazıntı işlərində aşkar edilib. Əhali tabutu və mumyalanmış meyiti görmək üçün qazıntı aparılan yerə axın edib.

Tarixi məzarı tapan əhali dərhal polisə və mədəniyyət idarəsinə məlumat verib. Hadisə yerinə gələn mütəxəssislər məzarın rusların 1878-ci ildə Ardahanı işğalından sonraya aid olduğunu ehtimal edirlər.

Kars muzeyinin arxeoloqu Ünver Solaklıoğlu məzarın rus generala aid olduğunu deyib. “Rusların 1878-ci ildən bura köçdüyünü nəzərə alsaq tabutun da o zamana aid olduğunu demək olar. Tabutda diqqət çəkəcək hər hansı əşya yoxdur. Rus hərbçi xristian qaydalarına görə dəfn edilib. Hərbçinin əynində dövrə aid geyim var”.

Qeyd edək ki, tapıntıdan sonra qazıntı işləri dayandırılıb.

rus-generalinin-meyiti