Kişi özünü çardaqda asdı

Kişi özünü çardaqda asdı

Bu gün gecə paytaxtın Yasamal rayonunda intihar hadisəsi baş verib.

7-ci Alatavada yerləşən çoxmərtəbəli binanın çardağından asılmış kişi meyiti tapılıb. Araşdırmalar nəticəsində ölən şəxsin 1956-cı il təvəllüdlü Hacıyev Rafiq Hümbətəli oğlu olduğu müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb. İnitharın səbəbi araşdırılır.