Rus dronlarını bu halda məhv edəcəyik – General

Rus dronlarını bu halda məhv edəcəyik – General

Buxarest özünə təhlükə yaradacaq rus dronlarını məhv edəcək.

AzerTimes xəbər verir ki, bu barədə Rumıniya Müdafiə Qərargahının rəis müavini, general Georgits Vlad deyib.

Rumıniya generalı bildirib ki, ölkə Dunay deltası bölgəsində təxminən 600 əsgər və radar sistemləri yerləşdirib:

“Biz bəzi radarlar yerləşdirmişik, müdafiə vasitələrimizi işə salmışıq və Rusiyanın təcavüzünə qarşı çıxış yolu tapmaq üçün NATO müttəfiqlərimizlə müzakirələr aparmışıq”.

Həmçinin general Rusiya pilotsuz təyyarələrinə qarşı hava hücumundan müdafiə sistemlərindən istifadə edilib-edilməyəcəyi sualını cavablandırıb.

“Təhlükə səviyyəsindən asılı olaraq, biz Rumıniya ərazisini qorumaq üçün bütün mövcud hərbi vasitələrdən istifadə etməyə hazırıq”, – hərbçi əminliklə qeyd edib.

Teqlər: