Rus deputatlara qadağa: söyüş, şərh, dəbdəbəli həyat…

Rus deputatlara qadağa: söyüş, şərh, dəbdəbəli həyat…

Vahid Rusiya Partiyası Dövlət Dumasının deputatları üçün ictimai yerlərdə davranış qaydaları hazırlayıb.

AzerTimes xəbər verir ki, bu barədə RBC məlumat yayıb.

“Qaydalar 11 bənddən ibarətdir. Sənəddə Duma üzvlərinə sosial şəbəkələrdə və ya mediada öz mövqelərini bildirməyə tələsməmələri tövsiyə olunur. Eləcə də əvvəlcədən razılaşdırılmadan və ya Rusiya Xarici İşlər Nazirliyinin rəsmi mövqeyi açıqlanmadan beynəlxalq gündəmə, digər ölkələrdəki hərbi və daxili münaqişələrə dair şərh vermək qətiyyən xoş qarşılanmır. Söyüş və jarqondan imtina edilməlidir, həmçinin sosial şəbəkələrdə dəbdəbəli həyat nümayişi göstərmək tövsiyə edilmir”, – məlumatda deyilir.

Teqlər: