Rus bombaları obyektiv reallığı dəyişməyəcək – Zelenski

Rus bombaları obyektiv reallığı dəyişməyəcək – Zelenski

Ukrayna Prezidenti Vladimir Zelenski Kiyevdə Latviyanın Baş naziri Krisjanis Karins ilə görüşüb.

AzerTimes xəbər verir ki, bu barədə Zelenski özü məlumat yayıb.

Dövlət başçısı bildirib ki, Ukrayna həmişə Avropa olub və rus bombaları ukraynalıların müdafiə etdiyi obyektiv reallığı dəyişməyəcək:

“Mən Kiyevdə Latviyanın baş naziri ilə görüşdüm. Dövlətimiz üçün yeni müdafiə paketinə, bütün səviyyələrdə – silahdan siyasətə, Rusiyaya qarşı sanksiyalardan hüquqi məsələlərə qədər prinsipial dəstəyə görə təşəkkür etdim. Biz daim xarici siyasətimizin iki yönü – Avropa və Avroatlantik istiqamətləri üzərində işləyirik”.

Teqlər: