Rumıniyadan Cənubi Qafqazla bağlı açıqlama

Rumıniyadan Cənubi Qafqazla bağlı açıqlama

Rumıniya Qara dəniz vasitəsilə Cənubi Qafqaz istiqamətində nəqliyyat əlaqələrinin inkişafına böyük əhəmiyyət verir.

AzerTimes xəbər verir ki, bu barədə Rumıniyanın Xarici İşlər Nazirliyindən bildiriblər.

Nazirlikdən bildirilib ki, bununla əlaqədar 2019-cu ildə Azərbaycan, Gürcüstan, Rumıniya və Türkmənistanın iştirakı ilə Qara dənizlə Xəzər dənizi arasında yükdaşıma marşrutunun yaradılması ilə bağlı irəli sürülən təşəbbüs böyük əhəmiyyət kəsb edir.

“Daha geniş regional kontekstdə mühüm rol oynaya biləcək bu layihəni həyata keçirmək üçün biz tərəfdaşlarımızla işləyirik”, – deyə XİN-dən bildiriblər.

Nazirlik Rumıniyanı Cənubi Qafqaz ölkələri ilə birləşdirəcək fiber-optik kabel xəttinin çəkilməsinin vacibliyini də vurğulayıb:

“Bu kabel xətti Rumıniya ilə Cənubi Qafqaz regionu arasında məlumat mübadiləsinin inkişafına müsbət təsir göstərəcək”.

Teqlər: