Rumıniyada təyyarə qəzaya uğradı: ölənlər var

Rumıniyada təyyarə qəzaya uğradı: ölənlər var

Rumıniyanın Suçava qraflığında (ölkənin şimalında) yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər ölüb.

AzerTimes xəbər verir ki, ölənlər 30 və 42 yaşlı kişilərdir.

Onlardan biri Buxarestdən olan təlimatçı, digəri bir neçə gün əvvəl bu təyyarəni alıb pilotluq kursu keçmiş Suçava sakinidir.

Suçava qraflığında baş verən hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.

Teqlər: