Rumıniyada Nizami Gəncəvi yaradıcılığı müzakirə edilib

Azərbaycan Dillər Universitetinin Rumın Dili və Mədəniyyəti Mərkəzi Azərbaycanın Rumıniyadakı səfirliyinin iştirakı ilə beynəlxalq onlayn dəyirmi masa təşkil edib. “Dünya ədəbiyyatı kontekstində Nizami Gəncəvi yaradıcılığının rəngarəngliyi” mövzusundakı dəyirmi masada “Al.İ.Kuza” Yaş Universitetinin və Azərbaycan Dillər Universitetinin tələbə və magistrləri iştirak ediblər.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Mətbuat Xidmətindən verilən məlumata görə, dəyirmi masanı Yaş Universitetinin dosenti, universitetin Azərbaycan Multikulturalizm Mərkəzinin direktoru, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Rumıniyadakı nümayəndəsi Lyudmila Bejenaru açaraq, Nizami Gəncəvi yaradıcılığının özəlliklərindən danışıb. Azərbaycanın Rumıniyadakı səfirliyi adından tədbirdə iştirak edən səfirliyin birinci katibi Zaur Qulaməliyev və diplomat Təbriz Qarayev də dəyirmi masada çıxış ediblər. Daha sonra Azərbaycan Dillər Universitetinin Rumın Dili və Mədəniyyəti Mərkəzinin rəhbəri Josefina Batto çıxış edərək, iki mərkəz arasında səmərəli əməkdaşlığa töhfə verən tərəfdaşlıq haqda söz açıb. Dəyirmi masada hər iki universitetin tələbə və magistrlərinin Nizami yaradıcılığı haqqında məruzə və təqdimatlarları, eləcə də əsərlərindən parçalar dinlənilib. Tədbir iştirakçıları son “Azərbaycanfilm” kinostudiyasında 1961-ci ildə çəkilmiş “Leyli və Məncun” filmindən fraqmentə baxaraq müzakirə ediblər.


Teqlər: