Orxan Mürvətli “Nazik Mətləb” filminin soundtrekini ifa etdi

Orxan Mürvətli “Nazik Mətləb” filminin soundtrekini ifa etdi

İstedadlı müğənni Orxan Mürvətli çox gözlənilən Azərbaycan filmi üçün yazılmış soundtreki ifa edib.

Azərbaycanın görkəmli yazıçısı, ədəbiyyatşünas, filologiya elmlər doktoru, professor Mir Cəlal Paşayevin “Nazik Mətləb” və “İnsanlıq fəlsəfəsi” hekayələrinin motivləri əsasında “Nazik Mətləb” adlı bədii film çəkilib.

Film “Caspian Media Holding” tərəfindən ərsəyə gətirilmişdir.

Soundtrekin sözlərini Cavid Qurbanov, musiqisi Vüqar Mirzəyev tərəfindən yazılmışdır.

Layihənin rəhbəri Hüseyn Cavadzadə, direktor isə İrəm Laçındır.

Sizlərə filmin rəsmi soundtrekini təqdim edirik: