Rumıniyada ictimai nəqliyyat əməkdaşları tətil keçirir

Xəbər - Orxan Nəbiyev – Trend:

Rumıniyanın paytaxtı Buxarestdə yerüstü ictimai nəqliyyatın əməkdaşları tətil keçirir.

Trend-in məlumatına görə, tətillə əlaqədar paytaxt ərazisində bütün avtobus, trolleybus və tramvayların hərəkəti dayandırılıb.

Qeyd olunur ki, əməkdaşlar əməkhaqlarının artırılmasını tələb edir.

Eyni zamanda Buxarest Nəqliyyat Şirkəti məhkəməyə müraciət edərək tətilin qanunsuz hesab olunmasını və əməkdaşların işə qayıtmasını tələb edib.


Ötən gündən etibarən başlayan tətil müddətində Buxarest sakinləri iş yerlərinə metro və taksi ilə, ya da piyada getməli olur.

Buxarest metropoliteni bütün qatarların xəttə buraxıldığını bildirib.