Rumıniya və Azərbaycan “yaşıl” enerji istehsalında dəhlizi təmin edə bilər – Nazir

Rumıniya və Azərbaycan “yaşıl” enerji istehsalında dəhlizi təmin
edə bilər.

Trend-in məlumatına görə, bunu Rumıniyanın
energetika naziri Vircil Popesku Bakıda keçirilən 27-ci Enerji
Forumunda deyib.

“Biz Azərbaycan, Gürcüstan və daha sonra Avropaya keçməklə
alternativ enerji tədarükü üçün “yaşıl” dəhliz yarada bilərik”, –
deyə o bildirib.

Nazirin sözlərinə görə, bu gün Rumıniya enerji ehtiyatlarının
şaxələndirilməsi imkanlarını nəzərdən keçirir və bu kontekstdə
Azərbaycan vacib rol oynayacaq.

V.Popesku əlavə edib ki, iyunun sonunadək Qara dənizdə ilk qaz
həcmlərinin hasilatı planlaşdırılır və bu ehtiyatlar qonşu ölkələrə
kömək edəcək.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: