Bədii gimnastika üzrə “Ocaq Sport” klubunun açıq birinciliyinin ikinci günü start götürüb (FOTO)

İyunun 2-də Bakı Olimpiya İdman Kompleksində bədii gimnastika
üzrə “Ocaq Sport” klubunun 1-ci açıq birinciliyinin ikinci günü
start götürüb.

Trend xəbər
verir ki, yarışlarda 248 gimnast çıxış edir, onlardan 202-i paytaxt
idman klublarını, 46 nəfəri bölgələri təmsil edir.

Yarış iştirakçıları arasında qrup hərəkətlərində çıxış və Bakı
klublarını təmsil edən 11, bölgələri təmsil edən 4 komanda var.

İkigünlük yarışlarda idmançılar həm çoxnövçülük, həm fərdi
proqramda, həm də qrup hərkətlərdə mübarizə aparır.

(Tərcümə: Orxan Nəbiyev. Foto: Zaur Mustafayev)

Teqlər: