Rumıniya hərbi gəmisi Qara dənizdə minaya düşdü

Rumıniya hərbi gəmisi Qara dənizdə minaya düşdü

Rumıniya Hərbi Dəniz Qüvvələrinin gəmisi Qara dənizdə üzən minaya düşüb.

AzerTimes xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, gəmi heyəti güclü külək və dalğalara görə minanı zərərsizləşdirə bilməyib:

“Mina partlayıb. Partlayış nəticəsində ölən və yaralanan yoxdur, gəminin 75 hərbçisi üçün heç bir təhlükə olmayıb. Gəminin üzmə qabiliyyəti pozulmayıb, göyərtəyə ciddi ziyan dəyməyib”.

Teqlər: