Ruhəngiz Qasımovanın vida mərasiminin vaxtı dəyişdi

Ruhəngiz Qasımovanın vida mərasiminin vaxtı dəyişdi

Əməkdar incəsənət xadimi Ruhəngiz Qasımovanın vida mərasiminin keçiriləcəyi yer dəyişdirilib.

AzerTimes xəbər verir ki, bu barədə tanınmış prodüser Oqtay Əliyev Feysbuk hesabında məlumat yayıb.

Onun sözlərinə görə, mərhumun vida mərasimi sabah 13:00-dan 16:00-dək Təzəpir məscidində olacaq.

Qeyd edək ki, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, bəstəkar Ruhəngiz Qasımova oktyabrın 9-da 82 yaşında qızının yaşadığı Honkonqda vəfat edib.

Teqlər: