İranın sabiq prezidenti Həsən Ruhani barəsində 700 min ümumi şikayət İran Prokurorluğuna göndərilib.
AzerTimes xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Məlumatda Ruhani ilə bağlı şikayətlərin ən qısa vaxtda araşdırılacağı, onun barəsində həbs qətimkan tədbiri və ya məhkəmə qərarı veriləcəyinin gözlənildiyi bildirilir.
Qeyd edək ki, bu, hazırkı mühafizəkar hökumətin qarşıdan gələn parlament seçkilərində Həsən Ruhani və onun komandasının ehtimal edilən qələbəsinin qarşısının alınmasına hesablanıb.