Ruhani Sarkisyanla Qarabağı müzakirə etdi

Ruhani Sarkisyanla Qarabağı müzakirə etdi

Bu gün (6 avqust) Tehranda İran prezidenti Həsən Ruhani və Ermənistan prezidenti Serj Sarkisyan arasında görüş keçirilib.

Ruhani bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllini dəstəkləyir. O, Azərbaycan və Ermənistanın təşəbbüsü ilə bu məsələnin dinc yolla həllinə nail olacağına ümid etdiyini deyib. İran prezidentinin sözlərinə görə, tərəflər məsələnin həlli üçün möhkəm iradəyə sahibdir və müzakirələrin müsbət nəticələnəcəyi üçün əlverişli çıxış yolu tapacaq.

Sarkisyan da həmçinin Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə çalışdığını da iddia edib.

Qeyd edək ki, Ermənistan prezidenti Serj Sarkisyan iranlı həmkarı Həsən Ruhaninin inauqurasiyasında iştirak etmək üçün Tehrana səfər edib.