RS-HORECA geniş funksiyalı yenilənmiş saytını təqdim edib (FOTO)

Aprelin 15-də Bakıda ictimai iaşə sahəsində fəaliyyət göstərən
RS-HORECA şirkətinin yenilənmiş saytının təqdimatı baş tutub.

Trend-in
məlumatına görə, saytın tərtibatının yenilənməsi prosesi 2021-ci
ilin oktyabrında başlayıb. Həmin vaxtdan saytın həm fərdi stolüstü
kompüterlər, həm də mobil qurğular və planşetlər üçün
optimallaşdırılması üzrə işlər aparılıb.

Bu gün RS-HORECA şirkətinin saytının funksionallıq və
imkanlarına görə yerli bazarda analoqu yoxdur. Saytın geniş
funksionallığı istifadəçilərə zəruri məhsulu seçmək üçün daha rahat
üsullar təqdim edir. Təqdimat zamanı yeni imkanlar arasında məhsul
seçimi filtrləri, sifarişin nağdsız üsulla təhlükəsiz ödənişi,
sifarişin çatdırılması və bir sıra digər həllər yer alır.

Gələcəkdə, müvafiq monitorinqlərdən sonra mütəxəssislər
tərəfindən saytın inkişafı, funksionallığın təkmilləşdirilməsi
aparılacaq. Saytda korporativ seqment üçün məhsulların kateqoriya,
brend, istehsalçı, ad və növü, bir sıra digər filtrlərə görə xüsusi
seçim imkanları mövcuddur.

Həmçinin, qeyd olunub ki, yeni versiya RS-HORECA şirkətinin
saytında nağdsız ödəniş imkanlarını nəzərdə tutur. Məhsulu həm də
evə sifariş etmək və ödənişi həm nağdlı, həm də nağdsız formada
yerində həyata keçirmək olar.

Bundan başqa, təqdimatda bildiriblər ki, yerli bazarın ictimai
iaşə obyektləri üçün avadanlıq və məhsul tələbatı nəzərə alınaraq,
lazımi məhsulun olmadığı təqdirdə müvafiq bölmədə sifariş imkanı
təqdim olunub.

Qeyd edək ki, RS-HORECA şirkəti 2005-ci ildə fəaliyyətə başlayıb
və ilk dəfə Avropa təcrübəsini tətbiq etməklə yerli ictimai iaşə və
ticarət müəssisələrini yüksək səviyyədə təchiz etmiş şirkətlər
sırasına daxildir.

Bu gün RS-HORECA ən dinamik inkişaf edən brendlərdən biridir və
mətbəx və yeməkxanalar, supermarketlər, quru və kimyəvi təmizləmə
obyektləri, şirniyyat, çörək istehsalı, qida məhsulları emalı
müəssisələri, eləcə də mehmanxana kompleksləri və mağazalar üçün
kompleks xidmətlər və avadanlıqlar təqdim etmək üzrə xüsusi formatı
ilə fərqlənir.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: