Röya yenədən Moskvaya gedəcək – konsert üçün…

Röya yenədən Moskvaya gedəcək – konsert üçün…

Xalq artisti Röya Ayxanın Moskvada təxirə düşən konserti ilə bağlı təşkilatçılardan açıqlama verilib.

AzerTimes xəbər verir ki, bu barədə “Kaspian music” məlumat yayıb.

“Röya Ayxanın konserti daha uyğun bir tarixə qədər təxirə salınıb. Bütün biletlər qüvvədə qalacaq. Yeni tarix və saatla bağlı məlumat daha sonra veriləcək”, – məlumatda qeyd olunub.

Qeyd edək ki, estrada ulduzunun konserti “Krokus Siti Holl”da baş verən terror hadisəsi ilə əlaqədar təxirə salınıb.

Teqlər: