“Rosprirodnadzor”un keçmiş müavini həbs edildi

“Rosprirodnadzor”un keçmiş müavini həbs edildi

Krasnoyarsk məhkəməsi “Rosprirodnadzor” rəhbərinin keçmiş müavini Oleq Mitvolu 900 milyon rubldan çox mənimsəmə işi üzrə həbs edib.

AzerTimes xəbər verir ki, bu barədə “RİA Novosti” regionun hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, məsələ ilə bağlı yerli FTX əməkdaşları araşdırma aparır:

“İlkin məlumatlara görə, Mitvolun həbsi Krasnoyarskda metro tikintisinə ayrılan pulun oğurlanması ilə bağlıdır. Xüsusilə “külli miqdarda dələduzluq” maddəsi ilə onu 10 ilə qədər həbs gözləyir. Krasnoyarskda metro yaratmaq ideyası ötən əsrin 60-cı illərində ortaya çıxıb. Real tikintiyə 1995-ci ildə başlanıb və 2009-cu ilə qədər müxtəlif intensivliklə aparılıb”.

Qeyd edək ki, Krasnoyarsk Mərkəzi Dairə Məhkəməsinin qərarını qurumun rəsmi Teleqram kanalı da təsdiqləyib.

Teqlər: