Roqozinin vurulma əmrini Priqojin verib – Şok

Roqozinin vurulma əmrini Priqojin verib – Şok

“Roskosmos”un keçmiş baş direktoru, “Çar canavarları” qrupunun hərbi müşavirlərinin rəhbəri Dmitri Roqozinin yaralandığı “Şeş beş” restoranın vurulması “Vaqner” özəl hərbi şirkətin rəhbəri Yevgeni Priqojinin işidir.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazıb.

Bildirilib ki, Roqozinin ad gününü qeyd etdiyi restorana vaqnerçilərin olduğu Donetsk vilayətinin Marinka rayonundan atəş açılıb.

Roqozinin özü də restoranın Ukrayna tərəfindən vurulmasına şübhə ilə yanaşıb.

“Bu mehmanxanada bir neçə aydır yaşayırıq. 8 ildə düşmən bura bircə dəfə də olsun atəş açmayıb. Biz olan vaxt bina bir neçə dəqiq atəşlə vuruldu. Kimsə məlumatı sızdırıb. Bizi 120, ya da 150 mm kalibrli sursatlarla vurdular”, – Roqozin özü Teleqram kanalında yazıb.

Roqozinin sözlərinə görə, Ukrayna hərbçilərinin onun yerini bilməsi mümkün deyil. Onun orada olması barədə məlumatı yaxınlardan biri sızdırıb.

Teqlər: